n2006

n2006 Mətbəx 16-05-2024, 09:00

Limon mürəbbəsi necə hazırlanır?

Limon mürəbbəsi necə hazırlanır?
Yəqin ki, bir çox insan “limon mürəbbəsi” ifadəsini eşitməyib. Amma bu meyxoş meyvənin mürəbbəsi də digərləri qədər dadlı ola bilir. Limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
4 ədəd limon
1 stəkan su
2 stəkan şəkər tozu
Limon mürəbbəsi
Hazırlanması:
Limonları yuyun. Qabıqlarını meyvəsoyanla soyun. Qabıqların üzərində ağ hissələrin qalmamasına diqqət edin. Daha sonra meyvənin ətrafında qalan ağ hissəni təmizləyin.
Limonları dilimləyin, qazana tökün və üzərinə şəkər tozunu gəzdirin. Qazanın qapağını qoyun. Limonların suyunu çıxarmasını gözləyin (4-5 saat).
Limon qabıqlarını dərin qaba qoyun və üzərinə isti su əlavə edin. 5 dəqiqə boyunca qabıqları süzün. Prosesi 3-4 dəfə təkrar edin. Daha sonra limon qarışığının üzərinə 1 stəkan su töküb az odda 40 dəqiqə bişirin. Qaynara düşəndə qabıqları qazana tökün.
Mürəbbə halına gələndə ocaqdan götürün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 382 336 299 313 333

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.