Diablo

Diablo Programlar 13-05-2024, 21:00

WhatsApp”ın dizaynı dəyişdi - FOTO

WhatsApp”ın dizaynı dəyişdi - FOTO
“WhatsApp” komandası rəsmi olaraq messencerin əsaslı şəkildə yenidən dizayn olunduğunu elan edib.

Tətbiq yalnız “Android” və “iPhone”da dəyişdirilib.

Messencerin PC versiyası dəyişməz olaraq qalır.

Tətbiqin “iOS” və “Android” versiyaları indi eyni görünür. Əsas ekranın yuxarısındakı axtarış işarəsi əvəzinə süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub. Bu başlıq istifadəçilərə söhbətlərdə mesaj və faylları axtarmağa imkan verir.

Bundan başqa, dizayna yeni animasiyalar əlavə olunub və “Parametrlər” bölməsindəki nişanlar dəyişib. Proqramın “Android” versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. “Android”də isə yeni naviqasiya paneli var. Həmçinin “iOS”da foto, video və sənədlərin göndərilməsi interfeysi dəyişib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 368 356 391 298 348

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.