n2006

n2006 Mətbəx 16-05-2024, 18:00

Qarabaşaq sıyığının düzgün bişirilməsi

Qarabaşaq sıyığının düzgün bişirilməsi
Qarabaşaq yarması «yarmaların kraliçası» adlandırırlar. Bunun səbəbləri çoxdur.
Qarabaşaq yarması ən xeyirli yarmalardan biridir. Onun tərkibində əvəzolunmaz aminturşular, vitaminlər, dəmir, kalium, fosfor, mis, kalsium kimi faydalı mikroelementlər var. Qarabaşq rutinlə zəngindir. Bu maddə güclü antioksidant xüsusiyyətlərinə malikdir ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, kapilyar və damarların divarlarını möhkəmləndirir, vitaminlərin orqanizmə olan təsirini artırır.
Qarabaşaq sıyığın düzgün bişirilməsi
Qarabaşaq sıyığı uşaqlar, hamilə qadınlar və yaşlı insanların qidalanmasına mütləq əlavə etmək lazımdır.
Dadlı və xeyirli qarabaşaq sıyığını bişirmək üçün müəyyən qaydalara əməl etmək lazımdır.
1. Yarmanı diqqətlə təmizləyirik və bir neçə dəfə (su təmiz olana kimi) yuyuruq.
2. Yarmanı ələyə tökürük ki, artıq su tökülsün və yarma bir qədər qurusun.
3. Daha sonra divarları qalın olan qazanda (ən yaxşı seçim — çuqun qazandır) yarmanı bir qədər (çox yox!) qovururuq.
4. Yarmanın üzərinə qaynar su tökürük. Suyun və yarmanın nisbəti çox vacibdir. 1 stəkan yarma üçün 2 stəkan su götürülür, 2 stəkan yarmaya 4 stəkan su və s.
5. İlk 3-5 dəqiqə ərzində (qaynara düşənə kimi) sıyıq güclü odda bişirilir. Daha sonra təxminən 20 dəqiqə ərzində qapağı bağlı qazanda (buxar çıxmamalıdır) su tam çəkilənə kimi bişirmək lazımdır. Bişirilmə zamanı qazanın qapağını açmaq, sıyığı qarışdırmaq olmaz.
6. Su tam çəkildikdən sonra qazanı 20 dəqiqə ərzində isti ədyala büküb saxlayırlar. Bu sıyığı daha yumşaq edir.
7. Daha sonra sıyığa duz və kərə yağı (zövqə görə) əlavə etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 369 308 239 258 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.