Diablo

Diablo Xəbərlər 19-05-2024, 17:23

Günəşdəki partlayışlar okeanların dərinliklərinə çatıb

Günəşdəki partlayışlar okeanların dərinliklərinə çatıb
Mayın 10-11-də Günəşdə baş verən güclü partlayışlar nəticəsində yaranan güclü geomaqnit qasırğası Yerin dəniz dərinliklərinə çatıb.

Bu barədə Viktoriya Universitetində "Ocean Networks Canada" (ONC) layihəsinin kanadalı tədqiqatçıları məlumat veriblər.

Kanadanın qərb və şərq sahillərində yerləşən ONC sualtı rəsədxanaları 2,7 km dərinlikdə planetin maqnit sahəsinin müvəqqəti təsirini qeydə alıb.

Ən əhəmiyyətli maqnit təsiri kompas istiqamətini +30 ilə -30 dərəcə arasında dəyişib və Vankuver adasının sahillərində ONC NEPTUNE kabel rəsədxanasının bir hissəsi olan "Folger Passage" sualtı məkanında qeydə alınıb.

Alimlərin fikrincə, yaxın bir neçə il indiki Günəş tsiklinin pik dövrü olacaq, ona görə də bu cür hadisələr əvvəlki illərlə müqayisədə çox tez-tez baş verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 190 231 211 194 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.