HASANLY

HASANLY İdman 20-05-2024, 14:30

"Qarabağ"dan 27 ilin rekordu

"Qarabağ"dan 27 ilin rekordu
"Qarabağ" Azərbaycan Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"u 4:3 hesabı ilə məğlub etməklə mövsümdəki qol sayını 95-ə çatdırıb.

Loading.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub.

1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qol vurmayıb. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/97 mövsümündə 98 qol vuran "Neftçi" imza atıb.

Ümumilikdə isə Qurban Qurbanovun komandası yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, 1992-ci ildə "Neftçi" (104) və Sumqayıt "Xəzər"i (100) daha çox qol vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 235 221 269 271 289

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.