"Sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir" - Qida eksperti
Dondurma mövsümü artıq gəlmiş sayılır. Bəs keyfiyyətli dondurmanı necə seçə bilərik?
Mövzu ilə bağlı danışan Fərid Səfərov bildirib ki, sağlamlıq şərtlərinə uyğun mühitlərdə istehsal edilən, lazım olduqda qorunan və sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir:
"Dondurma istehsalında süddən əlavə şəkər, müxtəlif meyvələr, şokolad, kakao, fındıq, fıstıq, karamel, qlükoza siropu, bitki yağı, süd yağı, qatılaşdırıcılardan istifadə edilə bilər.
İstifadə edilən bu inqrediyentlərin keyfiyyəti və qiyməti dondurmanın da qiymətinə təsir edir. Keyfiyyətli dondurmanın qiyməti də yüksək olur.
Digər məsələ isə dondurmanın keyfiyyətidir.
Dondurma düzgün şəraitdə istehsal olunmadıqda və ya sağlam şəraitdə saxlanmadıqda sağlamlıq üçün təhlükə yarada bilər. Məlum olduğu kimi süd mikroorqanizmlərin üçün ideal mühit yaradır. Sağlam olmayan şəraitdə istehsal edilən dondurmalarda bakteriyalar asanlıqla və sürətlə çoxalır və zövqlə yediyimiz dondurma sağlamlığımız üçün təhlükəyə çevrilir. Bu səbəbdən sağlamlıq şərtlərinə uyğun mühitlərdə istehsal edilən, lazım olduqda qorunan və sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir.
- etiketləri oxumaq çox vacibdir, tərkibini diqqətlə incələyin.
- istehsal tarixinə, son istifadə müddətinə baxın.
- saxlanma şəraiti və istifadə qaydasını da nəzərə almaq lazımdır.
- naməlum və etibarsız yerlərdən dondurma almayın.
- antisanitariya və gigiyenik tələblərə cavab verməyən dondurma istehlakı xəstəliklərə dəvət edir.
- çəki nəzarəti üçün qablaşdırmadakı qida dəyərini yoxlayın.
Sağlam qidalanaraq sağlam yaşayın!"