ÊLfidÂ

ÊLfid Mətbəx 23-05-2024, 11:00

Mükəmməl ətli piroq

Mükəmməl ətli piroq
Xəmir üçün:
500 qr un
200 qr kərə yağı
1 stəkan süd
Yarım çay qaşığı duz
Maya
1 ədəd yumurta + 1 ədəd ağı

İçlik üçün:
300 qr çəkilmiş ət
2 ədəd balaca soğan
1 ədəd kök
3 xörək qaşığı zirinc
Duz, istiot, sarıkök
2 xörək qaşığı kərə yağı
Yarım stəkan su

Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 xörək qaşığı süd
Küncüd vəya çörək otu

Hazırlanması:
Un və kərəyağını bir qabda yoğurun. Digər tərəfdə ilıq süd və mayayı qarışdırın. Mayalı qarışım biraz gözlədikdən sonra un və kərəyağı qarışımına artırın. Duz və yumurtalarıda əlavə edib, yumuşaq, yağlı, ələ yapışmayan xəmir əldə edin. Xəmiri mayalanmağı üçün bir qırağa alın. İçlik üçün yağı əridib, soğanı qovurun. Üzərinə qiyməyi əlavə edin. Qiymə düyün-düyün olmasın deyə kartof əzənlə əzə bilərsiniz. Rəndələnmiş köküdə əlavə edib, biraz daha qovurun. Qalan ərzaqlarıda artırıb, bişirin. Bişdikdən sonra soyuması üçün bir kənara qoyun. Hazırladığımız xəmirdən 2 kündə alınır. Kündəyi biraz qalın olacaq şəkildə yayın. Ortasına əti yayıb, isdədiyiniz şəkildə bükə bilərsiniz. Rulet şəklində büküb, ortasını şəkərbura qırağı kimi fırlada bilərsiniz. Digər kündəyədə eyni şəkildə isdədiyiniz formayı verin. Üzərlərinə yumurta sarısı ilə südü qarışdırıb , çəkin. Arzuya görə küncüd vəya çörək otuda səpə bilərsiniz. Fırına atıb, bişməyə hazırdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 402 345 373 343 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.