Diablo

Diablo Texnologiya 27-05-2024, 21:00

Samsung, geyilə bilən robotunu təqdim etməyə hazırlaşır!

Samsung, geyilə bilən robotunu təqdim etməyə hazırlaşır!
Samsung, ilk dəfə 2019-cu ildə təqdim etdiyi geyilə bilən robotu Bot Fit üzərindəki işlərini başa çatdırıb və 2024-cü ilin sonuna kimi satışa çıxarmağa hazırlaşır.

Samsung, 2019-cu ildə konsept olaraq nümayiş etdirdiyi köməkçi robotunu GEMS Hip olaraq adlandırmışdı. Şirkət, robotu 2022-ci ilin sonunda işə salmağı planlaşdırırsa da, bu planı baş tutmamış və daha sonra isə adının Bot Fit olaraq dəyişdirildiyini bildirmişdi. Koreyadan gələn son xəbərlərə görə isə, Samsung, Bot Fit-in inkişafı və kütləvi istehsal işlərini tamamlayıb. Şirkət, 2024-cü ilin avqust-sentyabr ayları arasında daşınan robotunu bazara çıxarmağı hədəfləyir.

Bilməyənlər üçün isə qeyd edək ki, Bot Fit, gəzmək, idman etmək və yerişi yaxşılaşdırmaq üçün omba və diz ətrafına taxılır. Koreya nəhəngi, bu texnologiya ilə yeriməyin metabolik xərclərini 24% azaltmağı hədəfləyir. Buna görə də, Bot Fit, hərəkət qabiliyyəti məhdud olan insanların yerimə sürətini 14% artırmağa kömək edəcək mühərriklər və sensorlar ilə təchiz edilib. Geyilə bilən robot, həmçinin yerimə nümunələrini izləyir və istifadəçilərə zamanla onları optimallaşdırmağa kömək etməyə imkan verən məsləhətlər verir. Robot, həmçinin fərqli məşqlərə də kömək etməklə daha səmərəli hərəkəti gerçəkləşdirmək məqsədi daşıyır. Samsung-un ilk mərhələdə 100 min ədəd Bot Fit istehsal edəcəyi gözlənilir. Qiyməti hələ açıqlanmasa da, bazarda rəqibsiz olacağını qeyd etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 327 297 307 326 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.