ice berg

ice berg Xəbərlər 29-05-2024, 09:00

Xankəndiyə ilk köç bu tarixdə baş tutacaq - PREZİDENT AÇIQLADI

Xankəndiyə ilk köç bu tarixdə baş tutacaq - PREZİDENT AÇIQLADI
Sentyabr ayından Xankəndi şəhərinə köç başlayır.

Loading.aZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalıda sakinlərlə görüşü zamanı deyib.

Prezident İlham Əliyev və sakinlər arasındakı dialoqu təqdim edirik:

Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.

Prezident İlham Əliyev: Əsir düşmüşdün?

Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.

Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?

Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.

Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.

Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.

Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

Sakinlər: İnşallah.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 266 248 235 248 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.