ice berg

ice berg Məşhurlar 30-05-2024, 14:00

Bəhram Bağırzadənin sürücülük hüququ məhdudlaşdırıla bilər

Bəhram Bağırzadənin sürücülük hüququ məhdudlaşdırıla bilər
Əməkdar artist Bəhram Bağırzadə barəsində inzibati iş başlanıb.

Loading.aZ'ın məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

İttihamdan aydın olur ki, Bəhram Bağırzadə hansısa inzibati tənbehetmə haqqında qərarı icra etməyib.

İttiham sübuta yetirilərsə, Bəhram Bağırzadənin sürücülük hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 342 219 252 269 281

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.