Diablo

Diablo Texnologiya 4-06-2024, 16:00

İnşaatda istifadə etmək üçün dəmir qədər möhkəm olan plastik kərpic hazırlanıb!

İnşaatda istifadə etmək üçün dəmir qədər möhkəm olan plastik kərpic hazırlanıb!
Plastik tullantılardan, üstündən "tank" keçsə belə qırılmayacaq kərpic hazırlanıb.
Plaex, plastik tullantıların 90%-i istifadə edərək praktiki olaraq qırılmaz plastik kərpic istehsal edən şirkətdir. Bu kərpiclər, hətta buldozerin gücünə də tab gətirə bilir. Verilən məlumata görə, tikinti sənayesində istifadə olunan bu plastik kərpiclərin sadə dizaynı sayəsində montaj zamanı alət tələb olunmur. Tikintidə istifadə olunan hər bir plastik kərpic təxminən 2.3 kq ağırlığındadır və standart kərpicdən 3 dəfə güclüdür.

Plastikin çirklənmə, bu materialın istehsalının artması ilə gündəlik həyatımızda böyük problemə çevrilib. İstehsal edilən plastikin 79%-i zibilliklərə və ya okeanlara atılır və 10%-dən az hissəsi isə təkrar emala göndərilir. Plastik tullantılar metan kimi planeti istiləşdirən qazlar buraxır ki, bu da Yer kürəsini karbon qazından 80 dəfə daha güclü qızdırır. Bundan əlavə, mikroplastiklər qida zəncirimizə daxil olaraq sağlamlıq problemlərinə səbəb ola bilər. Plaex-ə görə, tikinti sənayesi tərəfindən istifadə ediləcək bu plastik kərpic, həm tikinti materialı, həm də ekoloji həllər təklif edir. Bu kərpiclər artan əhali üçün əlverişli mənzil tikərkən tullantıları azaldır. Bundan əlavə, digər şirkətlər və brendlər plastik qablaşdırmadan imtina edərək ekoloji cəhətdən təmiz alternativlərə üz tuturlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 411 318 359 379 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.