Bu il hərbi parad Xocalıda KEÇİRİLƏ BİLƏR - AÇIQLAMA
26 iyun tarixmizdə Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd olunur. 44 günlük Vətən müharibəsi və uğurla keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyimiz bərpa olundu. Müharibədə Vətən müharibəsində tarixi zəfərə imza ataraq dünyada adından, gücündən söz etdirən müzəffər Azərbaycan Silahlı Qüvvələri 106 yaşını qeyd edəcək.
Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. İşğaldan azad olunmuş ərazilərdə hərbi paradın keçirilməsi ilk deyil. Azərbaycan Silahlı Qüvvələri günündə hərbi parad harada keçiriləcək?
Mövzu ilə bağlı danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, bayramlarda, xüsusilə ordu günündə parad kiçik olsa da, Şuşada keçirilir:
"Azərbaycan prezidentinin Xankəndidə iştirak etdiyi vaxt orada parad keçirildi. Düşünürəm ki, belə bir paradın keçirilməsi mümkündür. Artıq bu birinci dəfə deyil. Xankəndidə bayraq ucaldılan zaman orada parad keçirilib. Burada bir nəsə mürəkkəb bir şey yoxdur. Düşünürəm ki, Xankəndidə yerinə paradın Xocalıda keçirilməsini daha vacib sayardım. Xocalıda baş verənlər faciələr bizim tariximizdir. Artıq sakinlər Xocalıya köçürülüb. Ona görə də Xankəndi əvəzinə, Xocalıda keçirilsin".