ice berg

ice berg Avto Dünya 12-06-2024, 09:00

Şirkət məşhur modelin istehsalını dayandırır

Şirkət məşhur modelin istehsalını dayandırır
Fransanın "Citroen" şirkəti rentabelsizliyə görə cross-kupe C5 X-in istehsalını ləğv edəcək.

Bu barədə carscoops.com şirkətin rəhbəri Tyerri Koskasa istinadən yazıb.

Onun sözlərinə görə, "Citroen" artıq orta seqment avtomobilləri istehsal etməyəcək və diqqətini kiçik və yığcam modellərin istehsalına yönəldəcək. Ola bilsin ki, gələcəkdə fransız şirkəti öz model çeşidini beş və ya altı avtomobillə məhdudlaşdırsın.

Gələcək haqqında danışan "Citroen"in baş direktoru brendin “sərfəli, sadə və rahat” avtomobillərə mərc edəcəyini vurğulayıb.

"Citroen C5 X" 2021-ci ildə debüt edib. Avtomobil sedanın, liftbekin və krossoverin xüsusiyyətlərini özündə birləşdirən qeyri-adi dizayn alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
333 334 264 267 333 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.