Alman Ştrudeli
Ərzaqlar
Qat-qat xəmir – 500 q
Cənnət “Qovyajya” Kolbasası – 500 q
Kələm – 400 q
Orta ölçülü soğan – 1 ədəd
Pendir – 400 q
Xama – ½ stəkan
Kərə yağı – 1 x.q.
Cəfəri – 1/2 dəstə
Xardal – 2 x.q.
Zirə – 2,5 ç.q.
Duz
İstiot
Hazırlanma qaydası
1. Kələmi doğrayıb qazana yerləşdirin. 30 dəqiqə ərzində mütəmadi olaraq qarışdırıraq qaynadın. Kələm yumşaq hala gəldikdən sonra oddan götürün və soyumasını gözləyin.
2. Soğanı və kolbasanı kiçik kublar şəklində, göyərtini isə incə-incə doğrayın.
3. Kərə yağını böyük tavaya yerləşdirib orta odda əridin. Kolbasa və soğanı yağın üzərinə əlavə edib 8-10 dəqiqə ərzində qarışdıra-qarışdıra qızardın. Son olaraq cəfərini, duzu və istiotu əlavə edin. Alınmış kütləni qaynadılmış kələm ilə birləşdirin. İçlik hazırdır.
4. Zirəni üyüdüb kiçik bir kasada xama və xardal ilə qarışdırın. Pendiri sürtgəcin iri dişlərindən keçirin.
5. Sobanı 200 °Сisidin. Xəmiri 30х40 sm ölçülü 2 ədəd düzbucaq şəklində yayın. Hər birinin üzərinə zirə, xama və xardal kütləsini çəkin. İçliyi bu xəmirlərin üzərinə yerləşdirin və pendir səpin. Xəmiri ştrudel formasına salın.
6. Ştrudeli soba tavasına yerləşdirin. Fırça ilə üzərinə zirəli su çəkin və üfüqi istiqamətdə kəsiklər edin. 25-30 dəqiqə ərzində qızılı rəng alana qədər bişirin.
7. 10 dəqiqə soyumasını gözləyib süfrəyə verin.
Nuş olsun!