ice berg

ice berg Xəbərlər 12-06-2024, 14:00

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik edilir

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik edilir
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılır.

Loading.aZ xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Qeyd olunub ki, 2018-ci ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir.

Bununla əlaqədar "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanununda dəyişikliklər edilib, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib.

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin verilmə tarixi deyil etibarlılıq müddəti göstərilir.

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Bu məqsədlə "Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlanıb.

Bundan sonra seçki prosesində iştirak edəcək yeni nəsil şəxsiyyət vəsiqə sahiblərinin məlumatlarında şəxsiyyəti təsdiq edən seriyası, nömrəsi və verilmə tarixi ilə yanaşı, etibarlılıq müddəti də qeyd olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 277 230 224 207 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.