Mira

Mira Mətbəx 14-08-2017, 15:01

Günün resepti: limonlu, xaş-xaşlı maffin resepti (Fotolarla)

Günün resepti: limonlu, xaş-xaşlı maffin resepti (Fotolarla)


Günün resepti: limonlu, xaş-xaşlı maffin resepti (Fotolarla)Lazım olan ərzaqlar:
2 ədəd yumurta
3/4 st şəkər tozu (150 qr)
1 1/2 st un (190 qr)
2/3 st qatıq (160 qr)
115 qr kərə yağı
2 xörək qaşığı xaş-xaş
1/4 çay qaşığı soda
1/4 şay qaşığı duz
3 xörək qaşığı limon suyu
1 xörək qaşığı vanil ekstraktı
1/2 çay qaşığı qabartma tozu
2 xörək qaşığı limon qabığı

Qlazur üçün:
0.5 stəkan şəkər kirşanı (55 qr)
2-3 xörək qaşığı limon suyu

Hazırlanması:
Sobanı 180 dərəcəyə kimi qızdırın. 12 ədəd maffin qabını yağlayın və ya maffin üçün kağız qoyun.

Un, qabartma tozu, soda, xaş-xaş və duzu qarışdırın.

Yağı yumşalana qədər mikserlə 1-2 dəqiqə çalın. Şəkər tozunu əlavə edib qarışdırın. Yumurtaları, vanil, limon qabığı və qatığı da töküb birlikdə qarışdırın. Limon suyunu da əlavə edin.

Unlu qarışımı bura əlavə edib yaxşı qarışdırın.

Maffin qablarını 2/3 hissə olmaqla doldurun. 180 dərəcəli sobada 25-30 dəqiqə bişirin. Çöp ilə yoxlayın.

Qlazur üçün şəkər kirşanı və limon suyunu qarışdırın. Soyumuş maffinlərin üzərinə töküb qurumağını gözləyin.












Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
902 835 804 811 866 848

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.