n2006

n2006 Mətbəx 19-06-2024, 09:42

Ətli Ravioli

Ətli Ravioli
İnqrediyentlər
un-200 qr
semolina-200 qr
yumurta-6 ədəd
duz-½ ç.q.
orta yağlı qiymə-300 qr
orta ölçülü baş soğan-1 ədəd
duz-¼ ç.q.
istiot-½ ç.q.
Ətli Ravioli
Hazırlanma mərhələsi
Əvvəlcə xəmir hazırlanır. Bunun üçün geniş bir qaba un, semonila əlavə olunur. Duz tökülür, yumurtalar tək-tək xəmirin içinə əlavə olunur, xəmir olana qədər yoğrulur. Streçə bükülür, 20 dəqiqə soyuducuda saxlanılır.
İçlik hazırlamaq üçün soğan xırda-xırda doğranılır. Orta yağlı qiymə, duz, istiot qarışdırılır.
Hazır olan xəmir kiçik hissələrə ayrılır. Yuxadan azca qalın olacaq şəkildə yayılır.
Xəmirlərin orta hissəsinə qiyməli içlik qoyulur, kənarlar azca isladılır və bir-birinə birləşdirilir. Formalı kəsici vasitəsilə kəsilir. Sonra hamısı bir məcməyiyə yığılır, üzərləri təmiz dəsmalla örtülür və 30 dəqiqə soyuducuda saxlanılır.
Dərin qazanda çoxlu su qaynadılır, ravioli makaronları 6-8 dəqiqə bu suda qaynadılır. Bişən makaronların suyu süzülür.
Yağ əridilir. Əriyən yağın üzərinə suları süzülən makaronlar əlavə olunur, sotelənir. Geniş boşqabda servis edilir. İstəyə görə üzərinə cəfəri səpilə bilər.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
309 285 260 286 279 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.