Bu qrupa sənəd verən abituriyentlərə MÜJDƏ - Ən şanslı sizsiniz
Keçən il blok imtahanlarının birinci cəhdində 600 balı keçənlərin sayı 300-dən bir qədər çox idi. Builki statistika isə onu göstərir ki, həmin say 900-ü ötüb. Hazırda bütün qruplar üzrə gözəçarpan nəticələr keçid ballarının yüksəlmə ehtimalını daha da artırır.
Bununla bağlı təhsil eksperti Cahid İmanlı açıqlama verib. Onun sözlərinə görə, bəzi ixtisaslarda keçid balları artacaq:
“Blok imtahanlarının 1-ci cəhdinin ilkin nəticələri bəzi qruplarda prestijli ixtisasların ballarının artacağını göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, son bir neçə ildə qruplar üzrə dominatlıq 3-cü qrupdan 1-ci qrupa keçib. Bu qrup həm qeydiyyatdan keçənlərin sayı, həm də yüksək bal toplayanların sayına görə liderdir”.
Ekspert abituriyentlər üçün ən şanslı qrupu da açıqlayıb:
“Bu il qruplar üzrə qeydiyyatdan keçənlərin sayı ilə plan yerlərinin nisbəti və eləcə də, abituriyentlərin nəticələrinə əsasən ilk növbədə ixtisaslardakı keçid ballarının artımını 3-cü qrupda görəcəyik. Növbəti ciddi rəqabət 1-ci qrupda olacaq. 4-cü qrup stabilliyini qoruyacaq, 2-ci qrupsa, həm abituriyentlərin, həm də subbakalavrların “ən şanslı qrupu” olacaq”.