ice berg

ice berg İdman 22-06-2024, 15:00

Avarçəkənimiz Avropa çempionu oldu

Avarçəkənimiz Avropa çempionu oldu
Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və çimərlik sprint üzrə Avropa çempionatında avarçəkənlərimiz uğurlu çıxışları ilə yadda qalıb.

Loading.aZ İdman.Biz-ə istinadən bildirir ki, Yığma komandamızın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə, təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib. Finalda 5-ci sırada mübarizə aparan idmançımız İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.

İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ) klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 298 208 225 196 255

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.