ice berg

ice berg Gözəllik 23-06-2024, 12:00

Yaşıl çay-gözəlliyinizin keşiyində

Yaşıl çay-gözəlliyinizin keşiyində

Əziz qadınlar bu dəfəki xəbərimdə sizlərə yaşıl çaydan söhbət açacam. Yaşıl çay bildiyiniz kimi çox faydalı bir çaydır. Bununla yanaşı yaşıl çaydan bir çox gözəllik prosedurlarında da istifadə edilir.

Gəlin, yaşıl çayı başqa hansı hallarda və necə istifadə edəcəyimiz haqqında maraqlı məsləhətlərlə birgə tanış olaq.

İlk öncə yaşıl çayı 1 paket dəmləyib içirik, sonra isə həmin paketi gözlərimizin gözəl görünməyi üçündə istifadə edə bilərik. Yaşıl çay gözlərimizdə olan bəzi fəsadları və yuxusuluğu aradan qaldıracaq. Beləliklə, yaşıl çayı həm daxilə, həm xaricə tətbiq edərək faydasını çoxaltmış olarıq.

3 xörək qaşığı süzmə 2 çay qaşığı yaşıl çayı(istifadə olunmuş) yaxşıca qarışdırın. Alınan məhlulu ləkəli bölgələrə tətbiq edin. Xatırladim ki, bu maska həmçinin boşalmış dərini də yığır. 10dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.Sonra maskanı sürtdüyünüz bölgələrə nəmləndirici krem çəkməyiniz məsləhət görülür.

2 xörək qaşığı qara zirə yağı, yarım çay qaşığı bal və 2 çay qaşığı yaşıl çay əlavə edib qarışdırırıq. Alınan maskanı ləkəli və çat olan bölgələrə sürtmək lazımdır. Maska dəridə 10dəqiqə qalsa, kifayət edər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 344 319 325 289 239

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.