ice berg

ice berg Məşhurlar 24-06-2024, 11:00

Maskın 12-ci övladı olub

Maskın 12-ci övladı olub
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Maskın 12-ci övladı olub.

Loading.aZ xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, milyarderin 12-ci övladının anası "Neuralink" şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilisdir. Körpə isəbu ilin əvvəli dünyaya gəlib.

Hələlik Mask məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Maskla Zilisin 2021-ci ildə Texasda əkizləri doğulublar. Onlardan başqa Maskın daha yeddi övladı var. Onun keçmiş həyat yoldaşı Castin Uilsondan ümumilikdə beş ortaq övladı var. Bundan başqa milyarderin müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Hazırda o, avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 354 265 272 310 284

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.