ice berg

ice berg Şeirlər 25-06-2024, 23:55

Gül sənin nəyinə gərəkdir gülüm?

Gül sənin nəyinə gərəkdir gülüm?
Gül sənin nəyinə gərəkdir gülüm?
Öpən dodağı yox,
Oxşayan əli..
Gəl..
Gül də, çiçək də özümüz olaq.
Sən biraz ağıllı, mən biraz dəli,
Gül sənin nəyinə gərəkdir gülüm?
Sənin gülün mənəm..
Çiçəyin mənəm.
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin gerçəyin mənəm
Gül sənin nəyinə gərəkdir gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdir
Əgər sən varsansa bu yer üzündə
Dünya başdan-başa güldür, çiçəkdir
Gül sənin nəyinə gərəkdir gülüm?
Qoxla nəfəsimi çiçəyə döndər
Şairin sözünə "yalandır" demə
Bütün yalanları, gerçəyə döndər.. 🤍🕊

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1047 1014 771 762 841 813

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.