ice berg

ice berg Şeirlər 2-07-2024, 16:00

Şərab Qadın

Şərab Qadın
Titrətdi tül niqabını əsən mehin dalğası,
Çilǝdi al şərabını şirin narın damlası.
Dinməmişəm, göz süzülər,
Söz qondurma, bıçaqlar.
Kəmər belində büzülər,
Əndamını qucaqlar.
Sığdırmadım ifadəyə, qaldı dodaqda dadıın,
Bir ümmansan, bir badəyə süzüldün,
Şərab qadın.
Nağıl danış, gecə uzun, dərilməsin almalar,
Alma alı aydır üzün, utanmasın kəlmələr.
Qılınc çəkmisən üstümə,
Ərəbzəngimi adın?
Zəhər içirdin, qəsdin nə?
Uymuşam, Şərab qadın..

* * *
Yağsa bəyaz çiçək kimi yerə qar,
Bəhrəsini əsirgəməz bir bahar.
Dondursa da, yeri unutduracaq
Qaysaq qoyan yaralar.
Bir toxum ǝk, o torpağın altına,
Sevgi ilə səslən hər gün adına,
Çiçəyini göstərəndə dünyaya
Çevriləcək qadına…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 405 326 357 354 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.