n2006

n2006 Məşhurlar 3-07-2024, 10:16

Damlanın prodüserindən İranda etirazlara səbəb olan konsertlə bağlı AÇIQLAMA

Damlanın prodüserindən İranda etirazlara səbəb olan konsertlə bağlı AÇIQLAMA
Məsumə Məmmədovanın (Damla) prodüseri müğənninin İranın Ərdəbil şəhərində konsert verdiyi salonun yerli prokurorluq tərəfindən möhürlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Şamil İbrahimov bildirib ki, müğənni Ərdəbilə konsert üçün yox, toy məclisində iştirak etmək üçün gedib:

"Ərdəbilə konsert verməyə getməmişdik. Açıq havada toy mərasimi keçirilirdi. Orada iştirak etdik. Damla xanım hicabda olub. Hava Limanından çıxdıqdan sonra hicabsız olub. Yayılan məlumatlar yanlışdır. Biz orada heç bir problem yaşamadıq. Qayda pozuntusuna da yol verilməyib".

Ş.İbrahimov hazırda Məsumə Məmmədovanın Bakıda olduğunu vurğulayıb:

"Damla xanım Bakıdadır. Hər şey qaydasındadır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 285 291 280 298 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.