Yeni Zelandiyada uşaqlar arasında keçirilən pişik ovu yarışları etirazlara səbəb oldu
Yeni Zelandiyada xeyriyyə ovu keçirilib və bu zamanı 340-a yaxın sahibsiz pişik məhv edilib.
Tədbir hər il Şimali Kenterberi şəhərində keçirilir. Müsabiqədə yüzlərlə insan, o cümlədən uşaqlar iştirak edirlər. Adanın sakinləri adətən qaban, dovşan və maral ovlamaqda yarışırlar.
2023-cü ildə digər kateqoriyalar arasına sahibsiz pişiklərin ovlanması da əlavə olunub. Bu heyvanlar Yeni Zelandiyada zərərverici hesab edilir və ölkənin unikal faunasına təhlükə yaradır.
Digər növlərdə olduğu kimi, təşkilatçılar uşaq kateqoriyasını da əlavə ediblər. Belə ki, üç ay ərzində ən çox sahibsiz heyvan cəmdəklərini gətirməyi bacaran uşaq pul mükafatı almalı idi. Bu, heyvan hüquqları müdafiəçilərinin ciddi qəzəbinə səbəb olub və nəticədə təşkilatçılar uşaqlar üçün mükafat kateqoriyasını ləğv ediblər.