amon

amon İdman 7-07-2024, 11:54

Kolumbiyalı futbolçu Messinin nailiyyətini təkrarlayıb

Kolumbiyalı futbolçu Messinin nailiyyətini təkrarlayıb
Kolumbiya millisinin futbolçusu Xames Rodriges ABŞ-də təşkil olunan Amerika Kubokunda uğura imza atıb.

"LoaDinG.Az"un məlumatına görə, yarımmüdafiəçi buna Panamaya 5:0 hesabı ilə qalib gəldikləri 1/4 final matçında nail olub.

Təcrübəli oyunçu hazırkı turnirdə assistlərinin sayını beşə çatdırıb.

Daha əvvəl Amerika Kubokunda üç futbolçu bunu bacarıb. 1997-ci ildə braziliyalı Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi beş məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kolumbiya seçməsi yarımfinalda Uruqvay yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 11-də baş tutacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 238 272 241 249 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.