cabir

cabir Xəbərlər 11-07-2024, 14:30

ABŞ-də həddindən artıq istilər nəticəsində 27 nəfər ölüb

ABŞ-də həddindən artıq istilər nəticəsində 27 nəfər ölüb
ABŞ-də keçən həftə həddindən artıq istilər nəticəsində 27 nəfər ölüb Loading.Az xəbər verir ki, "Washington Post" qəzetinin məlumatına görə, ABŞ-da Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında təqribən 146 milyon insan həddindən artıq isti dalğasından əziyyət çəkir.Xüsusən də ABŞ-nin qərbində rekord temperatur müşahidə olunur.

Meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Səlahiyyətlilər həddindən artıq istilər səbəbindən Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin öldüyünü açıqlayıb.

ABŞ-də son illərdə həddindən artıq isti havanın yaratdığı ölüm halları artsa da, bu rəqəm 2021-ci ildə təxminən 1600, 2022-ci ildə təxminən 1700, 2023-cü ildə isə 2 min 300-ü keçib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 208 203 156 193 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.