Mira

Mira Xəbərlər 15-08-2017, 18:45

ŞOK: İslamiadada qızıl medal qazanan idmançımızdan dopinq çıxdı

ŞOK: İslamiadada qızıl medal qazanan idmançımızdan dopinq çıxdı


“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin orqanizmindən istifadəsi qadağan olunmuş preparatı aşkarlanıb.

Loading.AZ və Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov sosial şəbəkə hesabında yazıb. Lakin o, məsələnin təfərrüatları barədə açıqlama verməyib. Əvəzində T.Heydərov baş verənlərlə əlaqədar tutduğu vəzifələrdən istefa verdiyini bildirib:

“İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan başda olmaqla, bütün rəhbərlərə söz vermişdim. Onlara demişdim ki, bir daha komandamızda dopinq problemi olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
549 541 489 518 494 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.