"Azərbaycanda imtahan modeli kifayət qədər çətindir" - Kamran Əsədov
"Azərbaycanda imtahan modeli kifayət qədər çətindir və bu, gənclərin kütləvi şəkildə xaricə getməsinə şərait yaradır". Sun.Az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki,16 -17 yaşlı uşaqların qısa vaxt ərzində bu suallara cavab verməsi kifayət qədər çətindir. İmtahan fənləri üzrə test nümunələri də qəlizdir: "İlk növbədə qeyd edim ki, Azərbaycanda universitetə qəbul imtahanı 1992-ci ildən etibarən test yolu ilə həyata keçirilir və etiraf edim ki, obyektiv və əlçatan üsuldur. Amma müasir dövrün imtahanları Azərbaycanda da imtahanın dəyişməsini zəruri edir.
Azərbaycanda ali məktəblərə qəbul kifayət qədər çətin imtahandır. Birincisi ona görə ki, imtahan iştirakçısından qısa vaxt ərzində 3 müxtəlif fənn üzrə test tapşırıqlarına cavab vermək tələb olunur. Nəzərə alsaq ki, bu, 4-cü qrupda 6 fənndir. 16 -17 yaşlı uşaqların qısa vaxt ərzində bu suallara cavab verməsi kifayət qədər çətindir. İmtahan fənləri üzrə test nümunələri də qəlizdir. Belə ki, imtahan iştirakçılarına açıq, qapalı və situasiya tipli suallar təqdim olunur. Situasiya tipli sualları həll etmək çox çətindir. Ona görə hesab edirəm ki, imtahanlar daha sadələşməlidir. İnsanlar hansı istiqamət üzrə ali məktəbə gedirlərsə, o istiqamətdə imtahan verməlidirlər. Məsələn, kimsə tarixçi olmaq istəyirsə, tarixdən, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirsə, bu fənnlərdən imtahan versin. Niyə riyaziyyat müəllimi fərqli fənləırdən imtahan versin? Onlara 11 il ərzində digər fənlər tədris olunur. Dövlət məktəbdaxili qiymətləndirmə nəticəsində onlara qiymət verir. Məsələn, dünyanın nüfuzlu universitetlərindən Harvard, Kembriç universitetləri qəbul zamanı iştirakçının yazma, anlama, oxuma, dinləmə bacarıqları yoxlayır. Orada tibdə də, hüquqda da oxuya bilər. Sizin oxuma, anlama, dinləmə, müqayisə etmə qabiliyyətiniz varsa, sizi kadr kimi yetişdirir. Azərbaycanda imtahan modeli kifayət qədər çətindir və bu, gənclərin kütləvi şəkildə xaricə getməsinə şərait yaradır".