cabir

cabir Xəbərlər 12-07-2024, 17:30

Dünən vəfat edən hərbçimiz dəfn edilib

Dünən vəfat edən hərbçimiz dəfn edilib
Daxili Qoşunların dünən vəfat edən hərbi qulluqçusu, 21 yaşlı hərbçi Xanlar Əhmədov dəfn edilib. Sun.Az Oxu.az-a istinadən xəbər verir ki, X.Əhmədov Sabirabad rayonunun Qalaqayın kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, işğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X.Əhmədov (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Hərbçimizə bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, iyulun 11-də vəfat edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 217 238 207 225 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.