"Prezident İlham Əliyevin Pakistana səfəri mühüm hadisədir" - Politoloq
İslamabadda iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.Politoloq Turan Rzayev Sun.Az -a bildirib ki, Prezident İlham Əliyevin Pakistana səfəri mühüm hadisədir.İki ölkə arasında tarixi, mədəni, iqtisadi və dini əlaqələr mövcuddur. İki ölkə xalqları bir-birini sevirlər:
"Arada mədəni bağlar olduqca güclüdür. Ən önəmlisi diplomatik sahədə iki ölkə bir-birinə müntəzəm dəstək verir. Heç şübhəsiz ki, Pakistan Azərbaycanın haqq işində bu günə qədər qeyd-şərtsiz dəstək verib. Hətta Pakistan Ermənistanın müstəqilliyini tanımayan nadir ölkədir. Bu, Azərbaycan torpaqlarının isğalı ilə bağlı idi. Pakistanla Azərbaycan arasında hərbi sahədə də mühüm razılaşmalar var. İki ölkə bir-birini beynəlxalq təşkilatlarda da dəstəkləyirlər".