ice berg

ice berg İslam Dini 14-07-2024, 17:00

“Fatihə” surəsinə niyə “səb’ül-məsani” deyirlər?

“Fatihə” surəsinə niyə “səb’ül-məsani” deyirlər?
Səb’ül-məsani ərəb dilindən tərcüməsi “qoşa yeddilik” deməkdir. Dini mətnlərdə “Fatihə” surəsi bir neçə adla xatırlanır.

Məsələn: Fatihə (açan, başlayan; Quranın ilk surəsi olduğuna görə ona bu ad verilib), Həmd (surənin ilk sözü “əl-həmd” olduğu üçün ona bu ad verilib), Şafiyə (şəfa verən), Kafiyə (kifayət edən), Ümmül-kitab (Quranın “anası”, yəni məğzi) və s.

Surəyə “səbül-məsani” adının verilməsınin səbəbini təfsir alimləri müxtəlif cür izah etmişlər. Bəzilərinin fikrincə, yeddi ayədən ibarət olan surə iki dəfə (bir dəfə Məkkədə, bir dəfə də Mədinədə) nazil olduğu üçün, bu adı daşıyır.

Bəziləri bu surənin hər namazda mütləq iki dəfə (birinci və ikinci rükətlərdə) oxunduğunu əldə əsas tutmuşlar. Bəzilərinin fikrincə isə, surədə yeddi sözün hərəsi iki dəfə təkrar olunub: “Allah”, “Rəhman”, “Rəhim”, “iyyakə”, “və”, “sirat”, “əleyhim”.

Bu nəzəriyyəyə görə, təkrar olunan həmin yeddi sözün şərəfinə surəyə səbül-məsani deyirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
402 371 317 312 334 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.