cabir

cabir Xəbərlər 15-07-2024, 15:00

Fermada çətənə kolları yetişdirən dörd nəfər saxlanıldı

Fermada çətənə kolları yetişdirən dörd nəfər saxlanıldı
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar. Sun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki qardaşa məxsus rayonun Çöl Beşdəli kəndi ərazisində yerləşən fermanın sahəsinə baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edərək yetirdikləri yaş çəkisi yarım ton olan 516 ədəd çətənə kolu və 6 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
263 260 224 182 209 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.