cabir

cabir Xəbərlər 17-07-2024, 13:30

"Azərbaycanın İranla xüsusi problemi və ədavəti yoxdur" - Politoloq

"Azərbaycanın İranla xüsusi problemi və ədavəti yoxdur" - Politoloq
Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Politoloq Turan Rzayev bildirib ki, növbəti dəfə səfirliyimizə hücum insidenti olarsa, səfirlik bu qədər asanlıqla açılmayacaq. İran tərəfi həmin insidentdən dərs almalı, təhlükəsizlik tədbirlərini gücləndirməlidir: "Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa ediləcəyi gözlənilirdi. Xüsusilə də bu istiqamətdə qarşı tərəfdən təkliflər səslənirdi. Rəsmi Bakı səfirliyin yerinin dəyişdirilməsi, təhlükəsizlik tədbirlərində dəyişiklik olması kimi məsələlərdə şərtlər irəli sürmüşdü. Görünür, Tehran Bakının şərtlərini və təkliflərini qəbul edib. Növbəti dəfə səfirliyimizə hücum insidenti olarsa, səfirlik bu qədər asanlıqla açılmayacaq. İran tərəfi həmin insidentdən dərs almalı, təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Azərbaycanın İranla xüsusi problemi və ədavəti yoxdur. Müəyyən vaxtlarda tərəflər arasında gərginliyin olması da İran tərəfinin sərgilədiyi mövqe ilə bağlıdır. Azərbaycan tərəfi bu günə qədər İrana qarşı beynəlxalq kualisiyaya və ya sanksiyaya qoşulmayıb. Hətta İranı müxtəlif vaxtlarda müdafiə də edib. Təəssüf ki, cənub qonşumuzdan belə davranışlar görməmişik. Xüsusilə də 44 günlük müharibə dövründə sərgilədiyi mövqe açıq şəkildə anti-Azərbaycan mövqeyi idi. Hətta Rusiyadan Ermənistana göndərilən 500 tona yaxın silah da məhz İran tərəfindən keçirilmişdi. Bütün bunları unutmuruq. Amma bizim İranla xüsusi problemimiz yoxdur. Cənub qonşumuz hər nə qədər şimaldakı Azərbaycanın ərazi bütövlüyünü təhdid kimi qiymətləndirsə də, rəsmi Bakı bu günə qədər ərazi iddiası rəsmi şəkildə yayımlamayıb. Azərbaycan qeyd edir ki, güney Azərbaycan tarixi torpaqlarımızdır, amma eyni zamanda İranın beynəlxalq hüquqla tanınan əraziləridir. Ümid etmək lazımdır ki, səfirliyimizin açılması gələcəkdə səfirliyimizin bağlanmaması üçün ibrət təşkil edəcəkdir. Növbəti dəfə səfirliyimizə hücum insidenti olarsa, səfirlik bu qədər asanlıqla açılmayacaq. İran tərəfi həmin insidentdən dərs almalı, təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Münasibətlər onsuz da normallaşma istiqamətinə daxil olub. Mərhum prezident Rəisinin prezident İlham Əliyevlə görüşü zamanı mühüm razılaşmalara imza atılıb. Yeni prezident Pezeşkian da həmin sazişlərə sadiq qalacağını qeyd edib. Hazırda münasibətlərin normallaşmaması üçün xüsusi problem yoxdur. Amma münasibətlərin əvvəki səviyyəyə qalxacağını düşünmürəm. Çünki Azərbaycan İrana hər zaman ehtiyatlı yanaşmağın lazım olduğunu başa düşüb. İran Azərbaycana qarşı təhdid ritorikasından istifadə etsə, rəsmi Bakı səssiz qalmayacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 226 197 206 211 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.