cabir

cabir Xəbərlər 17-07-2024, 16:30

Paşinyan və Gürcüstanın müdafiə naziri tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar

Paşinyan və Gürcüstanın müdafiə naziri tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın müdafiə naziri İrakli Çikovanini qəbul edib. Sun.Az
xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

Paşinyan Ermənistan və Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Həmçinin Ermənistanın Gürcüstanla multidissiplinar əməkdaşlığın dərinləşdirilməsində və inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Baş nazir iki ölkənin müdafiə nazirlikləri arasında tərəfdaşlığı səmərəli adlandırıb. İrakli Çikovani Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığın və onun genişləndirilməsi proqramlarının vacibliyini vurğulayıb.

Həmsöhbətlər müdafiə sektorunda tərəfdaşlığın gücləndirilməsi, o cümlədən regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
240 229 213 192 244 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.