ice berg

ice berg Mətbəx 19-07-2024, 16:00

Badımcan Salatı

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək.

Lazım olan ərzaqlar:
4-5 ədəd orta boy badımcan
3 ədəd pomidor
1-2 ədəd bibər
250 qr toyuq döş əti
keşniş
şüyüd
bitki yağı
mayonez
duz
istiot

Badımcanları nazik, uzun-uzun doğrayın. Bitki yağında hər iki üzünü qızardın.

Toyuğun döş ətini suda qaynadıb didin. İçlik üçün pomidor, bibər və göyərtiləri doğrayıb duz vurub qarışdırın.

Qaba qızartdığınız badımcanları düzüb duz səpin, mayonez sürtüb üzərinə içlik tökün və yenə badımcan düzün.

Eyni qayda ilə 2 və ya 3 qat hazırlayın. Ən üstə yenə qızardılmış badımcan düzün.

Çox dadlı salatdır. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
375 343 268 308 229 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.