Ararat Mirzoyan Omanın iqtisadiyyat naziri Səid Məhəmməd Əl Saqri ilə görüşüb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Omanın iqtisadiyyat naziri Səid Məhəmməd Əl Saqri ilə görüşüb. Sun.Az xəbər verir ki, görüş nazir Mirzoyanın Nyu-Yorka işgüzar səfəri çərçivəsində baş tutub.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazirlər Ermənistan və Oman arasında artıq formalaşmış siyasi dialoqa uyğun olaraq sektoral əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Xüsusilə, regional əlaqənin artırılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və inkişafı məsələlərinə toxunulub. Bu kontekstdə nazir Mirzoyan "Sülh yollarının kəsişməsi" layihəsini təqdim edib və onun səmərəli həyata keçirilməsində regional sabitlik və iqtisadi inkişaf imkanlarını vurğulayıb.
Rəqəmsallaşma sahəsində qarşılıqlı maraq doğuran layihələr barədə də fikir mübadiləsi aparılıb.