Almaniyada 2025-ci il büdcə layihəsi və artım paketi təsdiqlənib
Almaniyada 2025-ci il büdcə layihəsi və artım paketi təsdiqlənib. Sun.Az
xəbər verir ki, Almaniya Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Nazirlər Şurası 2025-ci il federal büdcə layihəsini, 2028-ci ilə qədər borc əyləcinə riayət etməyi hədəfləyən maliyyə planını və iqtisadi təşviq paketini təsdiqləyib.
Almaniya hökumətinin sağlam və etibarlı maliyyə siyasəti ilə ölkənin Avropada sabitliyin mühüm lövbəri olaraq qalmasını təmin etdiyi ifadə edilən bəyanata görə, ölkədə orta və uzunmüddətli potensial artımı artırmaq məqsədi daşıyır.
Gələn il üçün xərc və gəlirlərin 480,6 milyard avro olacağı proqnozlaşdırılan büdcədə investisiyaların 78 milyard avro olacağı təxmin edilir. Qanun layihəsində xalis borclanmanın 2025-ci ildə 43,8 milyard avro olacağı, 2026-cı ildə isə 38,6 milyard avroya qədər azalacağı gözlənilir.
Almaniya hökuməti "Growth Initiative - New Economic Dinamics for Germany" adlı artım paketi ilə iqtisadiyyatı stimullaşdırmağı hədəfləyir.