cabir

cabir Xəbərlər 21-07-2024, 13:00

Fransada binada baş verən yanğında 7 nəfər ölüb

Fransada binada baş verən yanğında 7 nəfər ölüb
Fransada bir binada baş verən yanğında 7 nəfər ölüb. Sun.Az xəbər verir ki, Nitsa şəhərinin tabe olduğu Alp-Maritimes Qubernatorluğunun X hesabında edilən yazıya görə, gecə saat 03:00 radələrində Moulins rayonunda 7 mərtəbəli binada yanğın baş verib.

Yanğın zamanı 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə təxminən 4 saat ərzində söndürülüb.

Qubernatorluq xilasetmə qruplarına yanğının qarşısının alınmasında göstərdikləri səylərə görə təşəkkür edib.

Nitsa Prokurorluğu yanğınla bağlı araşdırmalara başlayıb və hadisə yerindəki ilk tapıntılar əsasında yandırma ehtimalının qiymətləndirildiyini açıqlayıb.

Daxili İşlər Naziri Gerald Darmanin, X hesabında baş verən yanğınla bağlı verdiyi açıqlamada xilasetmə qruplarının sürətli müdaxiləsinin daha çox itkilərin qarşısını aldığını bildirib.

Nitsa meri Kristian Estrosi də X postunda yaxınlarını itirənlərə başsağlığı verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 217 214 208 204 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.