cabir

cabir Xəbərlər 23-07-2024, 16:00

DİN-dən əhaliyə ciddi XƏBƏRDARLIQ - Bu zəng və mesajları bloklayın!

DİN-dən əhaliyə ciddi XƏBƏRDARLIQ - Bu zəng və mesajları bloklayın!
Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərinin oğurlanmasına səbəb olur. Sun.Az xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara çağırışında deyilir.

Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir:

"Vətəndaşlar "WhatsApp", "Telegram", "Signal", "Messenger" üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır.

"Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq", "satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin" adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.

İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb.

Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünüən hər bir təklif yalandır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 206 168 156 219 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.