cabir

cabir Xəbərlər 23-07-2024, 18:00

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 % artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 % artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % artaraq 5 milyard 832,7 milyon manat təşkil edib. Sun.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 4 milyard 380,7 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 244,4 milyon manatı dövlət, 4 milyard 588,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,5 % və 6,2 % çoxdur.

6 ayda hər bir ölkə sakini orta hesabla 572,4 manatlıq və yaxud 1 il əvvələ nisbətən 47 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 254 186 176 240 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.