ice berg

ice berg Programlar 24-07-2024, 16:00

“WhatsApp”da daha bir YENİLİK: internetsiz işləyəcək

“WhatsApp”da daha bir YENİLİK: internetsiz işləyəcək
“iPhone” üçün “WhatsApp”ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya var.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, yenilik “WhatsApp”ın iOS üçün 24.15.10.70 nömrəli beta versiyasında müşahidə edilib və onu TestFlight-a yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər messencerin Android-də sınaq versiyasında görülüb. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən Android versiyasından fərqli olaraq, iOS versiyası faylları paylaşmaq üçün sizdən QR kodu skan etməyi tələb edir.

Ehtimal olunur ki, yenilik qeyri-sabit və ya bahalı internet bağlantısı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcək.

Bu funksiya Android və iOS-da mövcud olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ inkişafın ilkin mərhələsindədir, ona görə də onun messencerdə görünmə tarixi açıqlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 378 258 239 260 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.