cabir

cabir Xəbərlər 26-07-2024, 15:00

"Media sahəsində yeni nəsil özündən əvvəlkini inkar etməyə başlayıb" - Azər Həsrət

"Media sahəsində yeni nəsil özündən əvvəlkini inkar etməyə başlayıb" - Azər Həsrət
Bu gün Azərbaycan mətbuatının yaranmasının 149-cu ildönümüdür.

Bəs uzun və keşməkeşli yol keçmiş bugünki Azərbaycan mətbuatının başlıca problemi nədir?

Əməkdar jurnalist Azər Həsrət Sun.Az -a bildirib ki, media sahəsində idarə edicilər sırasında yeni bir nəsil var. Bu nəsil özündən əvvəlkini inkar etməyə başlayıb:

"Azərbaycan mətbuatının əsas problemlərindən biri kimi qabarıq şəkildə özünü göstərən ürəkağrıdıcı bir durum var. Xüsusilə media sahəsində idarə edicilər sırasında yeni bir nəsil var. Bu nəsil özündən əvvəlkini inkar etməyə başlayıb. Bizim illərlə misqal-misqal yığdığımız beynəlxalq mövqeləri havaya xərcləyirlər. Azərbaycana qlobal səviyyədə xal gətirəcək böyük fəaliyyətləri yox sayırlar. Bu,bizim əsas problemimizdir. Prezident İlham Əliyev və onun başçılıq etdiyi hakimiyyət əlindən gələni edir ki, dünyada səsimiz daha çox və gur eşidilsin.İllərlə bu sahədə əmək vermiş insanlar və yetərincə uğurlara imza atmış jurnalistlər bu gün gözardı edilir. Onların fəaliyyəti görməzdən gəlinir. Hətta beynəlxalq jurnalist təşkilatlarının Azərbaycandakı təmsilçilərini yox sayan zehniyyət medianın başındadır. Əlbəttə ki, bu, çox böyük problemdir və bizi uçuruma,dünya tərəfindən sıxışdırılmağa aparır. Bunu deməyə bilmərik. Bu bayram günündə xoş sözlər deyə bilərdik, amma vəziyyət bu qədər acınacaqlıdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
220 215 189 180 243 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.