cabir

cabir Xəbərlər 27-07-2024, 11:49

Azərbaycanda qatar uşağın üzərindən keçdi

Azərbaycanda qatar uşağın üzərindən keçdi
Xırdalanda qatar uşağı vurub öldürüb. Sun.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, iyulun 22-də saat 19:50-də ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, uşaqlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar", - ADY-dən bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
222 259 247 196 244 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.