n2006

n2006 Mətbəx 27-07-2024, 17:40

Beşamel souslu toyuq

Beşamel souslu toyuq
İnqrediyentlər
zeytun yağı-2 x.q.
toyuq filesi-600 qr
duz-1 ç.q.
istiot-1 ç.q.
holland pendiri-0.5 st sürtgəcdən keçirilmiş
Kərə yağı-3 x.q.
un-2 x.q.
soyuq süd-2.5 st
Beşamel souslu toyuq
Hazırlanma mərhələsi
Tavada qızdırılan zeytun yağının üzərinə quşbaşı doğranmış toyuq filesi əlavə olunur, yüksək odda sotelənir. Üzərinə duz, istiot əlavə olunur, qarışdırılır və ocaqdan götürülür.
Beşamel sousu hazırlamaq üçün yağ əridilir. Üzərinə un əlavə olunur, qoxusu gələnə qədər qovrulur.
Qovrulan unun üzərinə soyuq süd az-az tökülür, un düyün-düyün olmaması üçün da qarışdırılır. Duz, istiot da səpilir. Holland pendiri tökülür, ocaqdan götürülür və qarışdırılmağa davam edilir.
Sotelənən toyuqlar istiyə davamlı şüşə soba qabına tökülür, üzərinə də beşamel sous gəzdirilir.
Beşamel sousdan sonra toyuğun üzərinə pendir səpilir və 200 dərəcəli sobada 25 dəqiqə bişirilir.
Sobadan çıxarıldıqdan sonra isti-isti servis edilir.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 288 279 272 263 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.