HASANLY

HASANLY İdman 30-07-2024, 11:15

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.

"Report" xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.

Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 236 211 237 258 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.