Gunes_3

Gunes_3 özünü ☺️ nostaljik hiss edir. Loading.Az-ın Həyatı 31-07-2024, 15:30

Köhnələrdən kim var? :)

Köhnələrdən kim var? :)

Mənim adım Günəşdir ilk dəfə bu saytla tanış olanda 18 yaşım var idi(2012-ci ildə ilk dəfə gəlmişdim bu platformaya) burada bir çox
insanla tanış oldum və rəsmən burada böyüdüm, bəzi şeyləri dərk etdim. O zamanlar bizim
tərəflərə təzə-təzə internet çəkilməyə başlanmışdı və tanış olduğum ilk
sosial şəbəkə sun.az saytı idi. Mənim üçün yeni bir dünya kimi idi bir neçə il
burada çox aktiv oldum dəyərli dostlar qazandım, hər kəsə güvənməmək
lazım olduğunu, insanların gözünün içinə baxa-baxa yalan danışa biləcəyini
və daha bir sürü şey öyrəndim.
Xəbər paylaşmağı, paylaşılan xəbərlərə rəy
bildirməyi çox sevirdim. Çox gözəl xəbərlərim olurdu seçilirdi həmişə.)) Sonra
hərə bir tərəfə dağılışdı o kamandadan əsər əlamət qalmadı. Biz ailə kimi idik.
Sayt çökdü, əlaqələr itdi sadəcə hal-hazırda da eyni adla burada olan Ceyhun (polemick)lə
Əlaqəm var idi. Bu gün nəsə yenidən yadıma düşdü axtardım googlda və nostaljik
hisslər yaşadım. Saytın yenidən və daha təkmilləşdirilmiş formada fəaliyyət
göstərməsi məni çoox sevindirdi. Əgər köhnələrdən kimse varsa, (nadejda_lyubov,
Zarina, eEmil, miskaaa, dversant, QARANLİQ, loliiiii) və s. Yazsınlar mənə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
449 454 392 402 351 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.