cabir

cabir Xəbərlər 31-07-2024, 14:09

"ABŞ sülh müqaviləsinin onun vasitəçiliyi müqabilində imzalanmasında maraqlıdır" - Politoloq

"ABŞ sülh müqaviləsinin onun vasitəçiliyi müqabilində imzalanmasında maraqlıdır" - Politoloq
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çatıb. Saziş Cənubi Qafqazın iqtisadi potensialını üzə çıxarmağa imkan verəcək.

Politoloq Elşən Manafov Sun.Az -a bildirib ki, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin hansı şərtlərin gözləniləcəyi təqdirdə imzalana biləcəyinə öz münasibətini dəfələrlə açıqlayıb:

"Bu, ilk əvvəl Azərbaycan prezidentinin münasibətlərin nizama salınması üçün irəli sürdüyü 5 məlum şərt,daha sonra isə Ermənistanın dövlət müstəqilliyi haqqında konstitusiya aktından,habelə ölkənin əsas qanunundan Azərbaycana ərazi iddiaları ilə bağlı zamanında bu dövlətin konstitusiya aktının mətninə daxil edilmiş bəlli müddəaların ləğvidir.Paşinyan iqtidarı həmin məsələlərin referenduma çıxarılmasını ölkənin daxili işi olaraq dəyərləndirir və referendumun 2027-ci ildə keçiriləcəyini bildirir,bu da rəsmi Bakını haqlı olaraq qane etmir.ABŞ sülh müqaviləsinin onun vasitəçiliyi və marağında olduğu şərtlərin gözlənilməsi müqabilində imzalanmasında maraqlıdır. Digər tərəfdən Vaşinqtonu narahat edən məsələ Rusiyanın vasitəçilik təklifləridir,rəsmi Bakı Moskvanın vasitəçiliyi ilə danışıqların aparilmasina razılıq verdiyinə baxmayaraq Ağ evin göstərişi ilə Paşinyanın keçən həftə hətta Londonda Azərbaycan prezidenti ilə görüşdən çəkinməsi ABŞ vasitəçilik səylərində əsil niyyətinə kifayət qədər aydınlıq gətirmiş olur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 186 151 205 171 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.