cabir

cabir Xəbərlər 2-08-2024, 18:00

Qonşu ölkədə ərzaq böhranı yarandı

Qonşu ölkədə ərzaq böhranı yarandı
Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyası hökuməti Rusiyadan un, arpa və kəpək idxalına tətbiq edilən müvəqqəti rüsumun müddətini uzatmağa çağırıb. Sun.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın icraçı direktoru Levan Silagava BMG media platformasından çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə taxıl məhsuluna tələbat olmadığından satışda problem yaşayan gürcü fermerlərinə dəstək məqsədilə Gürcüstan 2023-cü ilin yayından un, arpa və kəpəyə müvəqqəti idxal rüsumunu tətbiq edib. Əvvəlcə bu qərar 2023-cü il noyabrın 1-nə qədər etibarlı idi. Etibarlılıq müddəti artıq iki dəfə - birincisi, cari ilin martın 1-dək, ikinci dəfə isə sentyabrın 1-dək uzadılıb.

"Assosiasiya Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi qarşısında rüsumun sentyabrın 1-dək uzadılması ilə bağlı məsələ qaldırıb. Bu rüsum un, arpa və kəpək idxalına tətbiq edilən vergidir ki, bu da idxal buğdasının üzən tariflərini effektiv şəkildə balanslaşdırır və zavodları rəqabət mühitinə salır", - deyə L.Silagava bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 189 181 179 157 232

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.