cabir

cabir Xəbərlər 4-08-2024, 19:30

"Türkiyə və Ermənistan arasındakı razılaşmalar regionda etibarlı və dayanıqlı sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək" - Politoloq

"Türkiyə və Ermənistan arasındakı razılaşmalar regionda etibarlı və dayanıqlı sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək" - Politoloq
Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Politoloq Elşən Manafov Sun.Az -a bildirib ki,bu razılaşmalar regionda etibarlı və dayanıqlı sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək:

"Türkiyənin Ermənistanla sərhədi 1993-cü ildə Ermənistanın Azərbaycanın Kəlbəcər ərazisini işğal etməsindən sonra rəsmi İrəvana təzyiq vasitəsi olaraq qapanmışdı.Bu, Ermənistanın iqtisadi blokadaya alınması,onun Avropaya quru yolları ilə əlaqələrinin məhdudlaşdırılması anlamında rəsmi Ankaranın Azərbaycana dəstək olaraq qəbul etmiş olduğu siyasi qərar idi.O vaxtdan Qərb Ermənistanın iqtisadi blokadadan çıxması,ona Rusiya və İran üzərindən olan təziqlərin məhdudlaşdırılması üçün daim Ankaranı Ermənistanla quru sərhədlərini açmağa çağırmış,hətta Surix protokollarının Ankara tərəfindən təsdiqinə belə nail olmuşdu. Rəsmi Bakının qəti və birməmali mövqeyi,Türkiyənin enerji təchizatında Azərbaycanın rolu və yeri son anda rəsmi Ankaranı belə bir addım atmaqdan çəkindirmişdi. Bununla belə Avropa Birliyi mütəmadi olaraq Türkiyəni Ermənistan və Azərbaycan arasında münasibətlərin səviyyəsindən kənarda Türkiyəni daim bir tərəfli şəkildə Ermənistanla quru sərhədlərini açmağa çağırmışdır.
Yalnız Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsindən sonra Türkiyə Ermənistanla normallaşdırma danışıqlarına razılıq verib və 2022-ci ilin fevralında tərəflər arasında danışıqların ilk raundu baş tutub ki,burada iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi ilə bağlı razılıqlar əldə edilib.
Türkiyə və Ermənistan arasında danışıqların növbəti 5-ci raundu xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında iyulun 29-da baş tutub və 3-cü ölkə vətəndaşlarının Ermənistan üzərindən Türkiyəyə keçidi ilə bağlı əldə edilmiş razılıqlar tərəflər arasında münasibətlərin normallaşdırılması prosesində növbəti mühüm mərhələ kimi qiymətləndirilə bilər.Bütün hallarda bu razılaşmalar regionda etibarlı və dayanıqlı sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 218 192 155 183 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.